Dünya

Zelenski anasına müraciət etdi: — “ Narahat olma!”

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü axşam ukraynalılara müraciətində öz anasına da səslənib.

Tacxeber.comxəbər verir ki, Telegram kanalında yayımlanan videomüraciətində Zelenski diplomatik hadisələrdən və tərəfdaşlarla aparılan danışıqlardan bəhs edib.

 

Videonun sonunda o, mayın 11-i bazar günü Ukraynada Analar Günü olduğunu xatırladıb. Anasına təşəkkür edərək, ona görə narahat olmamağa çağırıb:

 

“Bu gün biz hamımız analarımıza “sağ ol” deyirik – mütləq sərhəd tanımayan mütləq sevgiyə və ananın övlad üçün etdiyi hər şeyə görə təşəkkür edirəm. Ana, sağ ol! Ana, narahat olma – mən yedim, hər şey yaxşıdır”.

 

Ukraynada Analar Günü mayın ikinci bazar günü dövlət səviyyəsində qeyd olunur. Bu bayram Prezidentin 1999-cu ildə imzaladığı fərmanına əsasən təsis edilib.

 

Dünyanın bir çox ölkəsində, Amerika Birləşmiş Ştatları, Kanada, Yaponiya, İtaliya və Avstraliya da daxil olmaqla Analar Günü may ayının ikinci bazar gününə təsadüf edir.

 

Ukraynada Atalar Günü də var – bu, iyunun üçüncü bazar günü qeyd olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Qrenlandiya baş nazirindən Donald Trampa sərt ismarıç: artıq kifayətdir!

redaktor

Krım körpüsü növbəti dəfə bağlandı

admin

Azərbaycanın bu əraziləri təhlükədədir – “2024-cü ildə seysmik aktivlik davam edəcək” – ŞOK PROQNOZ

redaktor