21 C
Bakı
12 Avqust 2025 05:09
Cəmiyyət

Üzərlik yandıranlar OXUSUN – XƏRÇƏNGƏ SƏBƏB OLUR?

Herba Flora şirkətinin təsisçisi, Herba Medical Tibb Mərkəzinin baş həkimi, məşhur fitoterapevt həkim Fizuli Hüseynov son günlər üzərlik bitkisinin xərçəng yaratması, beyin sisteminə mənfi təsir etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

 

F.Hüseynov Pravda.az-a açıqlamasında deyib ki, üzərliyin tərkibində harmalin adlı maddə çox güclü antioksidantdır.

Fizuli Hüseynov: “Buzu qırıb çimən xəstələrim əvvəl özlərini çox sağlam hiss ediblər, sonda böyrəkləri tam sıradan çıxıb” Pravda.az

“Üzərliyi yandırdığımız zaman yayılan özünəməxsus qoxu həmin maddənin yanması nəticəsində ortaya çıxır. Bəli, üzərliyin yüksək dozası zəhərlidir. Aşağı dozası isə, əksinə, müalicəvi təsir göstərir. Buna görə də bir sıra beyin xəstəliklərində, beyin qan dövranı pozğunluqlarında, epilepsiyalarda, allergiyalarda üzərliyin tumlarından istifadə edirik. Yanarkən tüstüsü çıxan harmalin maddəsi çox güclü bakterosit təsir gücünə malikdir. Dediyim kimi, üzərliyi çox yandıranda ziyanlı xüsusiyyətləri var. Ümumiyyətlə, dərman bitkilərindən hansılar xərçəngə müsbət təsir göstərirsə, onların əksəriyyəti zəhərlidir. Məsələn, hazırda baytarlıqda istifadə olunan ASD2 fraksiya və sairə kimi maddələr zəhərli maddələrdir. Amma az dozada şiş hüceyrələrinə təsir göstərir. Buna görə də üzərliyin də az dozasının heç bir ziyanı yoxdur. Ara-sıra evə üzərlik tüstüsünü dezinfeksiya məqsədilə vermək lazımdır. Evdə kimsə qripə yoluxubsa, üzərlik yandırılması yaxşıdır. Çünki üzərlik virusları öldürmək üçün çox gözəl vasitədir”, – həkim bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Mərkəzi Nəbatət Bağı bu gündən əhali üçün açıqdır – QİYMƏT

redaktor

Xəstəxanada çəkilən videonun detalları – 3 nəfərə cinayət işi açıldı

redaktor

“Əhməd işi”ndəki açar adam – Bacısının Moskvada yaşayan keçmiş əri istintaqa niyə gəlmir? + VİDEO

redaktor