23 C
Bakı
24 İyun 2025 10:31
Dünya

Yeni Papanın qol saatı müzakirələrə səbəb oldu – Foto

Artıq cəmiyyət qarşısında ilk çıxışını edən yeni Roma Papasının qolundakı saat diqqət çəkib.

 

Tacxeber.comxəbər verir ki, çıxış zamanı XIV Levin qolunda olan saat geniş müzakirələrə yol açıb.

 

Papanın ilk rəsmi müqəddəs ayində hansı brendin saatını taxdığı əvvəlcə tam aydın olmayıb. Belə ki, bəzi nəşrlər onun “AppWatch” taxdığını iddia edib. Onlar 69 yaşlı pontifikin ağıllı saatdan ürək döyüntüsünü izləmək üçün istifadə etdiyini bildiriblər.

 

Ancaq bir sıra KİV-lər Papanın qol saatının “Rolex” markasına məxsus olduğunu iddia ediblər. Pontifikin brendin “Submariner Cherry Red” saatına üstünlük verdiyi yazılıb.

 

Ən sonda saatın markası dəqiqləşdirilib: “Wenger 70903 Military Ranger”. Beləliklə, yeni Papanın bahalı saat taxdığı ilə bağlı iddialar təkzib olunub. Çünki onun qolundakı saatın qiyməti cəmi 115 dollar təşkil edir.

Tacxeber.com

Oxşar xəbərlər

Səfərbərliyə çağırılan ruslar cəbhəyə çatmamış ölür – Sensasion statistika

redaktor

Ukrayna limanlarından nə qədər taxıl daşınıb?

redaktor

Rus ordusu Baxmut istiqamətində hücuma keçdi.

admin