29 C
Bakı
11 Avqust 2025 17:04
Dünya

Putindən Ukraynaya TƏKLİF – Mayın 15-də İstanbulda…

Rusiya Prezidenti Vladimir Putin Kiyevə mayın 15-də İstanbulda danışıqları heç bir şərt olmadan bərpa etməyi təklif edib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Biz Ukrayna ilə ciddi danışıqlara sadiqik. Onların məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və tarixi perspektivdə uzunmüddətli, davamlı sülhün bərqərar olmasıdır”, – Rusiya lideri bildirib.

 

Prezident vurğulayıb ki, Rusiya tərəfi Ukrayna tərəfi ilə dialoqdan heç vaxt imtina etməyib. Dövlət başçısı həmçinin xatırladıb ki, 2022-ci ildə danışıqlar prosesini dayandıran Rusiya olmayıb.

 

Putin Kiyev hakimiyyətini 2022-ci ilin sonunda dayandırdıqları danışıqları bərpa etməyə çağırıb. Rusiya lideri vurğulayıb ki, bu, birbaşa danışıqların “ilkin şərt olmadan” bərpa olunması ilə bağlıdır.

 

Dövlət başçısı həmçinin qeyd edib ki, Rusiya tərəfinin danışıqlarla bağlı təklifi masadadır və qərar Ukrayna və onun kuratorlarından asılıdır.

Tacxeber.com

Oxşar xəbərlər

İsrailə hücumun qaranlıq tərəfi: xəbərsizlik, yoxsa qərblilərin HƏMAS-la gizli işbirliyi

redaktor

Tramp: “Yeni tariflər ABŞ-a gündə 2 milyard dollar gəlir gətirir”

redaktor

Ruslara əsir düşən ukraynalı əsgər həyat yoldaşına zəng etdi: Elə söyüşlər eşitdi ki…

redaktor