8 C
Bakı
09 Fevral 2026 13:26
Mədəniyyət

“Həkimlər iki il səhvən mənə ürək müalicəsi edib”

“15 ildir teardan ayrıldım. Mən və Zərnigar Atakişiyeva küsdük getdik. Xətrimə dəydilər. Teatrımızda rəhbər dəyişdi, hamını işdən çıxartdı ki, yeni kollektiv yığacağam. Bir gün teatra gedəndə qapıdan buraxmadılar. Sənəd verdilər ki, qol çək. Mən də küsdüm. Yaxşı ki, küsdüm. Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş”.

 

Bu sözləri Əməkdar artist Kubra Əliyeva “Geriyə baxanda” verilişində deyib. Aktrisa teatrdan getməsindən və onkoloji xəstəliyindən danışıb:

 

“Bu günün bəlası xərçəngdir. Getdim Türkiyəyə, qızım məni həkimə apardı. Orada məlum oldu ki, xərçəngəm. Bizim həkimlərdən küsdüm. Türkiyədə dişin ağrıyanda da deyirlər, get onkoloji müayinə et. Ürəyim sıxılırdı, iki il ürək müalicəsi olmuşam. Ürək həkimlərində, aparatlarla gəzdim. Sən demə, onkoloji imiş. Sol ürəyimin üstündə şiş var idi, metastaz verib. İki il evdən çıxmadım, saçlarımı qırxdırdım. İki ildən sonra instaqrama fotomu qoydum, hamı zəng vurdu hansı filmə çəkilirsiniz? Onkolojidə çox yatdım, iki əməliyyat oldum. Yaşar Nuri rəhmətə gedəndə mən kimyaterapiyadan çıxıb getmişdim”. (Axsam.az)

Tacxeber.com

Oxşar xəbərlər

Xalq artisti: “Yerindən duran aktyorluq edir”

redaktor

Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab

redaktor

“Əhməd Cavadın məzarı yoxdur, amma ruhu bütün türk dünyasında yaşayır” – Nəticəsi danışır

redaktor