20 C
Bakı
23 İyun 2025 06:17
Dünya

Trampın xüsusi nümayəndəsi Putinlə görüşdə protokolu pozdu: görün nəyi səhv edib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfərləri zamanı rusiyalı tərcüməçilər vasitəsilə Vladimir Putinlə əlaqə saxlayıb və bununla da protokolu pozub. Onu amerikalı mütəxəssis müşayiət etməyib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə administrasiyanın adlarını açıqlamayan nümayəndələrinə istinadən NBC telekanalı məlumat yayıb.

 

Bildirilib ki, xüsusi nümayəndə yüksək səviyyəli danışıqlar üçün öz tərcüməçilərinin istifadəsini tələb edən protokolu pozub. Uitkoff rus dilini bilmədiyi üçün onun tərcüməçisiz iştirakı suallar yaradıb.

 

Həmçinin bildirilir ki, Vitkoffun uçduğu təyyarə hökumət rabitə sistemi ilə təchiz olunmayıb. Səfərzamanı o, ABŞ səfirliyində məxfi zənglər üçün telefondan və xüsusi mobil cihazdan istifadə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Amerikalı ravvinlər Azərbaycana görə Trampa müraciət etdilər

redaktor

Paşinyan xalqa Yeni il müraciətində ağrı, təəssüf hissindən danışaraq üzr istəyib

redaktor

Xamenei: “İsrail özünü qalib kimi göstərir” – VİDEO

redaktor