21 C
Bakı
23 İyun 2025 01:04
Cəmiyyət

Deputatdan Tofiq Yaqublunun ailəsinə çağırış — “Prezident bu halda onu əfv edər”

“Düşünürəm Prezident də bunu nəzərə alar və onu əfv edər”.

Tacxeber.com xalqcebhesi.az-a istinadla xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

O, Musavat partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması barədə danışarkən qeyd edib:
“Yaqublunun ailə üzvləri, səmimi tərəfdarları reallıq hisslərini itirməməli, hesab edirlərsə ki, onun həyatı üçün təhlükə yaranıb, o halda təkəbbürü bir yana qoyub, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər. Söhbət insan həyatından gedirsə, kimin haqlı olması məsələsi kənara qoyulmalıdır.

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən Təlimata əsasən aclıq edən şəxsin tələbləri əsassız sayılarsa o, müalicə müəssisəsinə yerləşdirilməli və həkim nəzarətində saxlanılmalıdır. Həyatı üçün təhlükə yaranarsa və qida qəbulundan imtinanı davam etdirərsə, şəxsi ləyaqəti alçaldılmadan hərəkətləri məhdudlaşdırılmaqla qida borusuna zond salınmaqla məcburi qidalandırılmalıdır. Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı. Düşünürəm, Prezident də bunu nəzərə alar və onu əfv edər”.

Tacxeber.com

Oxşar xəbərlər

Xuraman Şuşalı: “Anam başından qəlpə yarası aldığı üçün səhhəti pis idi” – VİDEO

redaktor

Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qərarı verildi – YENİLƏNİB

redaktor

Elşad Miridən ŞOK açıqlama – “İslam dinində sünnət olunmaq yoxdur”

redaktor