24 C
Bakı
13 Avqust 2025 08:32
DünyaSiyasət

Trampdan İrana: “Biz onları havaya uçura bilərik”

ABŞ Prezidenti Donald Tramp İranı növbəti dəfə hədələyib.

 

O, mayın 7-də amerikalı radio aparıcısı Hyu Huitə müsahibəsində deyib ki, əgər İran nüvə proqramı üzrə danışıqlarda ABŞ-la razılığa gəlməsə, onun nüvə obyektlərini bombalayacaq.

“Əslində biz onları havaya da uçura bilərik və ya sadəcə nüvəsizləşdirə də bilərik. Amma cəmi iki seçim var – onları nəzakətlə havaya uçurmaq ya da amansızlıqla”,– o bildirib.

 

Tramp həmin gün Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərdən birinin sualına cavabında deyib ki, İran heç bir halda nüvə silahına sahib ola bilməz.

“Bu danışıqlar prosesi İranın tarixində ən vacib məqamdır. Biz istəyirik ki, onlar da uğurlu, varlı ölkə olsunlar. İranın bunun üçün xeyli nefti, resursu var. Amma onlar nüvə silahına sahib ola bilməzlər. Əgər onlar fərqli yol seçsələr, bunun qəmgin sonluğu olacaq”, – o qeyd edib.

 

ABŞ və İran rəsmiləri nüvə proqramı üzrə danışıqlar üçün üç dəfə görüşüblər. Onların növbəti görüşünün bu həftəsonu Omanda baş tutacağı gözlənilir. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bayden və Tramp Miçiqan praymerizində qalib gəldilər

admin

Xankəndidə “evcik-evcik” oyunu – Araik bu səbəbdən qaça bilmir

redaktor

İrəvandan Lavrova: Rusiya da Bakıdan üzr istəsin – Video

redaktor