Dünya

Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib

Rusiya Prezidenti Vladimir Putin tərəfindən aprelin sonunda elan edilmiş və Qələbə Gününə həsr olunmuş atəşkəs qüvvəyə minib.

 

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, bu atəşkəs üç gün davam edəcək və 11 may saat 00:00-da başa çatacaq.

 

Məlumata görə, bu müddət ərzində Rusiya bütün hərbi əməliyyatları dayandırır, lakin əsgərlər Ukraynanın atəşkəs rejimini pozacağı təqdirdə mümkün hücumlara cavab verməyə hazırdırlar.

 

Ukrayna Prezidenti Volodimir Zelenski isə bayram dövründə atəşkəs rejiminin tətbiq olunması təklifini rədd edib. Bundan əlavə, Zelenski 9 Mayda Moskvada keçiriləcək Qələbə Paradına zərbə endirilə biləcəyinə dair eyham vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor

Bu onun ilk və son dəfə təyyarəyə minməyi idi

admin

İsrail hökuməti qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməni təsdiqləyib

redaktor