31 C
Bakı
13 Avqust 2025 15:45
Dünya

Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib

Rusiya Prezidenti Vladimir Putin tərəfindən aprelin sonunda elan edilmiş və Qələbə Gününə həsr olunmuş atəşkəs qüvvəyə minib.

 

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, bu atəşkəs üç gün davam edəcək və 11 may saat 00:00-da başa çatacaq.

 

Məlumata görə, bu müddət ərzində Rusiya bütün hərbi əməliyyatları dayandırır, lakin əsgərlər Ukraynanın atəşkəs rejimini pozacağı təqdirdə mümkün hücumlara cavab verməyə hazırdırlar.

 

Ukrayna Prezidenti Volodimir Zelenski isə bayram dövründə atəşkəs rejiminin tətbiq olunması təklifini rədd edib. Bundan əlavə, Zelenski 9 Mayda Moskvada keçiriləcək Qələbə Paradına zərbə endirilə biləcəyinə dair eyham vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Havanın temperaturu Bakıda 41, bəzi rayonlarda 43 dərəcəyədək artacaq

redaktor

2005-dən sonra görünməmiş təhlükə: Mobil telefonlar və enerji sistemləri zədələnə bilər

redaktor

Türkiyədə bu görüntülər DİQQƏT ÇƏKDİ: Rusiyaya ixrac edilən nəhəng… – FOTOLAR

admin