30 C
Bakı
12 Avqust 2025 13:53
Siyasət

Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT – Kampaniya başladılıb FOTO

Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT – Kampaniya başladılıbFOTO

Hindistan mediasında son günlər Azərbaycana və Türkiyəyə qarşı açıq şəkildə yönəlmiş boykot çağırışları və təxribat xarakterli materiallar müşahidə olunur. Bu çağırışlar Hindistanın Cənubi Qafqaz siyasətində getdikcə daha çox qərəzli mövqe tutduğunu göstərir.



Hindistanın Ermənistana müasir və öldürücü silahlar satması regionda sülh və sabitliyi təhdid edən əsas amillərdən biri hesab olunur. Bu addımlar revanşist dairələrin ruhlanmasına, Ermənistanın təxribatçı ritorikasının güclənməsinə xidmət edir.

 

Eyni zamanda, erməni lobbilərinin Hindistanda fəaliyyətini gücləndirdiyi və yerli ictimaiyyəti Azərbaycana qarşı mənfi rəyə təşviq etdiyi də müşahidə olunur. Ekspertlər bu əməkdaşlığın geosiyasi baxımdan təhlil edilməli olduğunu və belə cəbhəleşmələrin regional sabitliyə ciddi zərbə vuracağını bildirirlər.

 

Analitiklər qeyd edirlər ki, Ermənistanla Hindistan arasında mümkün siyasi yaxınlaşma, əsasən ideoloji və informativ müstəvidə formalaşır. Lakin bu “xəyali ittifaq”ın real nəticə doğurması ehtimalı zəifdir və bölgədəki tarazlığa təsir göstərmək gücündə deyil.

Musavat.com

Oxşar xəbərlər

Ermənistan Avropa Birliyinə qoşulmaq prosesini rəsmən başladı.

admin

Hafiz Hacıyev Bəxtiyar Hacıyevin həbsindən danışdı: “Çox şeylər bilirəm, amma qohumdur…”

redaktor

Elman Nəsirov: “Guya hakimiyyət müxalifətin əsas dayaqlarından birini sıradan çıxarmaq, varlığına son qoymaq istəyir”

redaktor