13 C
Bakı
24 Mart 2026 17:39
Cəmiyyət

“Havhavhav” mahnısı ilə məşhurlaşan reper həbs edildi

Türkiyədə “Havhavhav” mahnısı ilə məşhurlaşan reper “Lvbel C5” ləqəbli reper Süleyman Burak Bodur həbs edilib.

 

Tacxeber.com NTV-yə istinadla xəbər verir ki, buna səbəb kimi ifaçının mahnılarında narkotikdən istifadəni təbliğ etməsi göstərilib.

 

Kocaeli Polis Müdirliyindən verilən məlumata görə, Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən narkotikdən istifadəyə təşviqinin qarşısının alınması üçün aparılan araşdırmalar çərçivəsində Süleyman Burak Bodur haqqında istintaq başladılıb.

 

Ötən gün Gebze Ədliyyəsinə aparılan 24 yaşlı Bodur məhkəmə barəsində qərar verdikdən sonra Kandıra həbsxanasına göndərilib. Onun 5 ildən 10 ilədək həbsi tələb olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan təhsilində olimpiada biabırçılığı: 88 ölkə arasında 69-cu yer…

admin

Sosial şəbəkələrdə yaxta kirayəsi DƏLƏDUZLUĞU: Tutulanlar var – FOTO

redaktor

Wolt sürücüləri Rəşad Dağlıya belə dəstək oldular – VİDEO

admin