24 C
Bakı
22 İyun 2025 13:07
DünyaSiyasət

Ərdoğan Trampla nələrdən danışdı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon danışığında Ukraynada sülhün təmin edilməsi, İranla danışıqlar və Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

 

Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

“Ərdoğan Donald Trampla telefon danışığı aparıb. O, ABŞ prezidentinin müharibələrin dayandırılmasına yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirib. Ərdoğan söhbət zamanı Qəzza zolağındakı humanitar böhranın ciddi ölçülərə çatdığını, humanitar yardımın fasiləsiz şəkildə Qəzzaya çatdırılmasının vacibliyini və bu fəlakətə son qoyulmasının zəruriliyini vurğulayıb”.

 

Ərdoğan, həmçinin Trampa bildirib ki, Türkiyə regiondakı münaqişələrdə atəşkəs rejiminin qurulması və davamlı sülhün təmin edilməsi üçün hər cür əməkdaşlığa və dəstəyə hazırdır.

Prezidentlər Suriyadakı vəziyyəti də müzakirə ediblər. Ərdoğan qetd edib ki, ABŞ-nin Suriyaya tətbiq olunan sanksiyaların yumşaldılması istiqamətindəki səyləri bu ölkənin ərazi bütövlüyünün və sabitliyinin qorunması prosesinə töhfə verə bilər. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynaya 400 milyonluq yeni yardım paketi

redaktor

ABŞ Azərbaycanla Ermənistana çağırış edib

redaktor

Piknik edən ailə qorxulu anlar yaşadı: ayı yeməklərini yedi – ANBAAN VİDEO

redaktor