DünyaSağlamlıq

Ailədə 2 uşaq insanlığın sonunu gətirə bilər

YENİ TƏDQİQAT

 

Yeni araşdırmalar göstərir ki, gərəkli doğum nisbəti Yer Kürəsində insan nəslinin kökünün kəsilməsinin qarşısını alacaq həddə deyil.

 

PLOS ONE jurnalında dərc olunan son məqalədə tədqiqatçılar sağ qalma və çoxalmada təsadüfi dalğalanmalar kimi müəyyən edilən demoqrafik stoxastiklik anlayışını nəzərə alaraq hesablamalar aparıb. Onlar cinsi yolla çoxalan populyasiyanın yoxa çıxmasının qarşısını almaq üçün lazım olan minimum doğum səviyyəsini araşdırıblar.

 

Tədqiqatın hesablamaları göstərilir ki, insan nəslinin davamı üçün balanslaşdırılmış cins nisbətinin stabilləşməsi və qadınların dünyaya adam başına orta hesabla 2,7 uşaq gətirməsi gərəklidir.

 

Qız uşaqlarının sayı artarsa, insan növünün məhv olma riski də azalar, deyə alimlər bildiriblər. (Saglamolun.az)

 

 

 

Tacxeber.com

Oxşar xəbərlər

Britaniya İrana qarşı sanksiyalar tətbiq etdi

redaktor

Bu görüntülər sosial medianı ayağa qaldırdı: xəyanətə uğradığını iddia edən kişi görün sevgilisinə nələr etdi – VİDEO

redaktor

Ağ Ev Konqresdən Ukrayna üçün 100 milyard tələb edəcək.

admin