
Rusiya prezidenti Vladimir Putin daim öz postunda onu əvəz edə biləcək şəxsin kim ola biləcəyini düşünür. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, əsas seçimi və qərarı xalq verəcək.
Tacxeber.com TASS-a istinadən xəbər verir ki, “Rossiya” telekanalının sənədli filmində Putinə “Ondan sonra kim olacaq?” sualı ünvanlanıb.
“Mən həmişə bu barədə düşünürəm”, – deyə prezident cavab verib. O, daim mümkün namizədləri izlədiyini və onların potensialını qiymətləndirdiyini bildirib.
Bununla belə, Rusiya lideri öz səsinin həlledici olmadığını deyib.
