22.5 C
Bakı
29 İyun 2026 04:21
CəmiyyətSağlamlıq

Əvəz Zeynalli Ankaradadır: Müalicə prosesinə başlayır

Tanınmış jurnalist hazırda Türkiyənin paytaxtı Ankara şəhərindədir.

 

Jurnalist bu barədə şəxsi hesabında paylaşım edib. O, tələbəlik illərinin keçdiyi, gəncliyinin və böyük arzularının şəhəri olan Ankaraya bu dəfə sağlamlıq problemləri səbəbilə üz tutduğunu bildirib.

 

“34 il əvvəl dünyanı və Azərbaycanı dəyişmək niyyəti ilə gəldiyim bu şəhərə indi canımı və ağrılarımı götürüb gəlmişəm”, – deyə o qeyd edib.

 

Zeynalli sabahdan etibarən müayinələrin başlayacağını və ardınca müalicə prosesinə start veriləcəyini bildirib. O, maliyyə məsələləri ilə maraqlanan çoxsaylı insanların olduğunu da vurğulayıb: “Hələ heç nə bilmirəm. Bircə şey bilirəm ki, çox bahalı və məsrəfli prosedurlar var. Nəticələr məlum olan kimi paylaşacam. Gərəkirsə, Millətimə müraciət edəcəm. Mənim millətimdən başqa kimim var ki?” (Demokrat.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Toya icazəni o verirdi, toyda 2 saatdan artıq oturmaq olmazdı…” – Talıbovun “Naxçıvan qadağaları”nın ən maraqlısı

redaktor

60 yaşdan sonra hansı analizlər vacibdir? – Geniş siyahı

redaktor

Yuxudan qəfil oyananlara 5 səbəbdən ibarət BƏD XƏBƏR

redaktor