23.3 C
Bakı
13 İyun 2026 10:53
Dünya

CİA əməkdaşları Bakıda UNO görüblər: sənədlərdə yazılıb ki… – FOTO

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ-CİA) əməkdaşları 1955-ci ildə Bakıda olarkən iki UNO görüblər.

 

Tacxeber.comxəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev Böyük Britaniyanın “Daily Mail” qəzetinə istinadən yazıb.

 

“1955-ci il oktyabrın 4-də SSRİ-də olan MKİ əməkdaşları Bakı yaxınlığında qatarla gedərkən qeyri-adi hadisənin şahidi olublar. MKİ əməkdaşlarının diqqətini demək olar ki, şaquli olaraq uçan disklərə və ya uçan boşqablara bənzəyən iki qəribə cihaz cəlb edib.

 

Sənədlərdə deyilir ki, UNO-lar təxminən iki kilometr hündürlüyə qalxıb, sonra qəfil sürətlənib, sürətlə qatarın üstündən uçub və gözdən itiblər.

 

Eyni zamanda sənəddə deyilir ki, hər iki naməlum “uçan disk” fırlanır və qığılcım və alov kimi bir şey buraxırdı. Amerikalıların dediyinə görə, qatarın bələdçiləri çox həyəcanlandılar və bütün pəncərələri bağladılar”, – yazıda qeyd olunub.

Oxşar xəbərlər

Vitse-prezidentliyə namizəd: “Kamala korrupsiyalaşmış bir maşının təkərində vintdir” – VİDEO

redaktor

Əks-hücuma hazırlaşırıq, rəhbərlik dəyişəcək – Zelenski

redaktor

Tiflisdə müxalifət yenidən aksiyaya başladı

admin