Cəmiyyət

“Qadın evdə “komandir” olsa, xeyir-bərəkət gedir” – Akif İslamzadə

“Bu gün bütün dünyada matriarxatlıq hökm sürür. Mən bunun əleyhinəyəm, qadınların yox.  Dövlətçiliyi dağıtmaq üçün birinci ailə institutuna zərbə vurmaq lazım gəlir. Bunu da əxlaqsızlıq vasitəsilə edirlər”.

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında müğənni Akif İslamzadə bildirib.

 

O, kişi müəllimlərə məktəbdə nə qədər ehtiyac olduğunu belə ifadə edib:

 

“Bağça və ibtidai sinifdə əksər müəllimlərimiz qadın olub. Bu ayrı məsələdir. Ancaq orta məktəb dövründə kişi müəllimlərinə böyük ehtiyac var. Evdə də eynilə, nə vaxt ki, qadın və kişi çiyin-çiyinə yoldaşlıq edirsə, o evdə harmoniya var. Elə ki qadın evdə “komandir” oldu, vəssalam. O evdən xeyir-bərəkət gedir, bütün mütənasiblik pozulur. İstisnalar var, tarixdə də görmüşük. Ancaq biz çoxluqdan danışırıq”.

 

O vurğulayıb ki, kişi müəllimlərin məktəbə qayıtması üçün təhsil sistemi kökündən dəyişilməlidir:

 

“Onların məktəbdən uzaq düşməsinin səbəbləri var. Səbəbsiz heç nə olmur. Yadınızda saxlayın. Təsadüf deyə bir şey yoxdur. Elə bir şey olsaydı, təkcə Yer kürəsi yox, kainatın düzəni çoxdan pozulardı”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda və qonşu ölkələrdə startaplar ildə nə qədər investisiya alırlar ?

admin

Rioni körpüsü işi – Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb

admin

Flora Kərimova Zeynəb Xanlarovanın müdafiəsinə qalxdı: “Bir az düşüb deyə…”

redaktor