29 C
Bakı
13 Avqust 2026 10:49
DünyaGündəmMüsahibə

Kəşviyyat məlumat verir: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində ölüb.

Şimali Koreyanın Ukrayna müharibəsində iştirakına dair yeni sensasion məlumatlar yayılıb.

 

Tacxeber.com  xəbər verir ki, “Reuters” agentliyi Cənubi Koreya kəşfiyyatına istinadən açıqlama verib. Məlumata görə, Rusiya tərəfində döyüşən Şimali Koreya hərbçilərinin təxminən 600-ü döyüşlər zamanı həlak olub. Ümumilikdə isə Şimali Koreyanın itkiləri – yaralılar da daxil olmaqla – 4700 nəfərə çatır.

 

Kəşfiyyatın məlumatında qeyd olunur ki, son altı ay ərzində Ukraynada döyüşən Şimali Koreya əsgərləri əvvəlki dövrlərlə müqayisədə daha az səriştəsizdirlər və onların döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Bu artım əsasən müasir silah sistemlərinin, xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə bağlı təlimləri sayəsində mümkün olub.

 

Xatırladaq ki, bu məlumatlar nə Rusiya, nə də Şimali Koreya tərəfindən rəsmi təsdiqlənməyib. Lakin Cənubi Koreya tərəfi bu faktları yüksək etibarlı mənbələrə əsasən paylaşdığını bildirir.(Musavat.com)

 

Tacxeber.com

Oxşar xəbərlər

Paris-18 mart 1314 cümə günü…

redaktor

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

redaktor

Trampı Türkiyədə təyyarəsini dəyişməyə vadar edən təhdid üzə çıxdı

redaktor