11 C
Bakı
30 Mart 2026 05:19
Cəmiyyət

“Bolt” taksiləri ilə bağlı şikayətlər artır – “Niyə şirkəti ləğv etmirlər?”

“Bolt” taksiləri ilə tərbiyəsizliyin, oğurluğun, dələduzluğun pik həddini, açıq-aşkar versiyasını yaşayırıq. Taksi sifariş edirsən, taksi təyin olunmamış kartından pulu çıxırlar”.

 

Tacxeber.com xəbər verir ki, bu fikirləri jurnalist Zəhra Əhmədov deyib.

 

“Sürücü isə kefinə düşsə gələcək, düşməsə də 10 dəqiqədən çox səni gözlədib, deyir gəlmirəm. Yalandan da vurur ki, guya sifarişi götürüb, yoldadır. Artıq neçə müddətdir bu halla rastlaşıram. Bu şirkət açıq-aşkar dələduzluq edir. Tətbiqdə başqa maşın nömrəsi qoyulur, çirkli gündə başqa maşın gəlir. Sürücülər öz nömrələrini istifadə etmir. Tətbiqə qoyulan nömrələr işləmir. Nə sürücü tapılır, nə pul geri qaytarıla bilir, nə də problem həllini tapır.

 

Bu nə özbaşınalıqdır? Hanı taksinin ucuz olduğunu müzakirəyə çıxarıb, qiymət qaldıranlar? Niyə problemi müzakirəyə çıxardıb, bu şirkəti ləğv etmirlər? Son günlər bu şirkətlə bağlı şikayət bitmir”, – deyə Z.Əhmədova bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Ölüm xəbərimə çox güldüm, bir az şişirtmişdilər”

admin

Kişilərə 14 günlük ödənişli məzuniyyət

redaktor

Vəfat edən Şəhriyar Rəhimovun xanımından təsirli paylaşım – FOTO

redaktor