21 C
Bakı
09 Oktyabr 2026 14:06
Cəmiyyət

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və kirayə yolu ilə təqdim olunan mənzillər daxildir.

 

Bəs vətəndaşlar üçün hansı seçim daha sərfəlidir?

 

“Yeni Sabah” İTV-yə istinadən xəbər verir ki, satmaq öhdəliyi ilə verilən kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi evlər arasından seçilir. Bu mənzillər yalnız müəyyən edilmiş ərazilərdə və binalarda təqdim olunur. Mənzili əldə etmək üçün vətəndaşlar 12 aylıq kirayə haqqını əvvəlcədən ödəməlidirlər.

 

İpoteka ilə bağlı isə üç seçim mövcuddur: güzəştli, adi və kommersiya ipotekası.

 

İpoteka yolu ilə mənzil almaq istəyən vətəndaş isə ölkənin istənilən yerindən çıxarışı olan mənzili seçə bilər.

 

Amma burada tələb olunan ilkin ödəniş mənzilin dəyərinin təxminən 25-30%-i həcmində olur.

Ətraflı süjetdə:


Tacxeber.com

Oxşar xəbərlər

Hicab qadağası Azərbaycan sekulyarlığına uyğundurmu?

redaktor

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Biz məktəbə niyə gedirik?

redaktor