İlham Əliyevin Çin səfəri ilə bağlı son günlər belə bir kampaniya başlayıb ki, gərək biz uşaqlarımızı təhsil almağa Qərb Universitetlərinə, Amerika universitetlərinə yox, Çin Universitetlərinə göndərək. Tamamilə, yanlış və zərərli yanaşmadır.
Əgər ölkəyə, Çin dili, Çin tarixi, Çin mədəniyyəti, Çin mənbələrinin araşdırılması ilə bağlı mütəxəssis lazımsa, əlbəttə bu halda Çinin qabaqcıl universitetlərinə tələbə göndərmək olar.
Lakin digər ixtisaslara gəldikdə çinlilər öz uşaqlarını yüksək təhsil almaq üçün Qərb və Amerika universitetlərinə göndərir. Deməli onlar öz uşaqlarını daha yaxşı təhsil almaq üçün Harvarad, Prinseton, Columbiya, Stanford, Berkeley, Yel, Oxford, Cambridge, LSE, Sarbonne, Humbolt universitetlərinə göndərəcək, biz də öz gənclərimizi Çin universitetlərinə. İş gəlib o yerə çatıb ki, Azərbaycanda Erasmus təhsil proqramını qapadıb, Çin universitetlərini təbliğ edirlər. Faciədir. Anlamazlıqdır. Nadanlıqdır.
Bir sıra dünya universitetləri ilə çoxillik əməkdaşlıq təcrübəm var. London Universitetində iş təcrübəm var. Britaniya universitetlərində, xüsusilə LSE, Oxford, Cambridge kimi adlı universitetlərdə, Harvard, Prinseton Corc Vaşinqton, Corctaun kimi təhsil mərkəzlərində çinli tələbələr əlindən tərpənmək mümükün deyil. Hətta onların bəziləri mənim Prinsetondakı seminarlarıma gəlmişdi.
Mənim Şərqi Çin Şanxay Universitetində 2016-2017-ci dərs ilində dəvətli professor kimi iş təcrübəm var, Pekin Paytaxt Universitetində, Lanzhou Universitetlərində silsilə mühazirələr demişəm. Oradakı təhsilin səviyyəsinə az-çox bələdəm. Çinlilərin ən böyük arzusu öz uşaqlarını yuxarıda qeyd etdiyim Qərb universitetlərinə göndərməkdir. İndi bizim gənclər də, Çinə yönəldilir və məsələdən xərbərsiz olan bir sıra …….. .. bizim gənclərin Çin universitetlərində təhsil almasın təbliğ edirlər. Uzun müddət Şimali Koreya gəncləri də məhz Çində təhsil almışdı. Deyəsən indi də biz o yolu getmək istəyirik.