26 C
Bakı
21 İyun 2025 19:53
CəmiyyətGündəm

Araşdırmaçı Cavanşir Həsənli Qubanın keçmiş İcra Başçısının Avstriyaa olan yeni obyektini aşkarladı.

Bu Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevin Avstriya paytaxtında ötən il açdığı “Belezza” mebel mağazasıdır.

 

BELEZZA Design & Concept GmbH 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib. Şirkətin 33 faizlik pay hüququ Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizi onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib, nizamnamə kapitalı 35.000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən ilin fevralın 3-də həmin ünvanda eyni adlı mebel mağazasının dəbdəbəli açılışı olub.

 

Qeyd edək ki, Ziyəddin Əliyevin Avstriyada fəaliyyət göstərən daha bir şirkəti – “S.M.A.N” Business Solutions GmbH 2016-cı ildə qeydiyyatdan keçib və 2023-cü il məlumatlarına görə ümumi aktivləri 6,5 milyon avro təşkil edir. Keçmiş icra başçısı bu şirkəti Çexiyadakı digər bir şirkəti – “AZ SERVIS – NR s.r.o” üzərindən təsis edib.

 

Ziyaddin Əliyev Ukraynada asfalt zavodunun və bir neçə şirkətin benefissiarıdır, Türkiyədən Ukraynaya müxtəlif inşaat malları ixrac etməklə məşğuldur. Məsələn, C01458122 pasport seriyasının sahibi olan sabiq icra başçısı Lvov vilayətində fəaliyyət göstərən “ALOV TOV” (MMC) üçün material alışını həyata keçirib. “ALOV” LLC Ziyəddin Əliyevin sifarişi ilə onun icra başçısı olduğu illərdə 8429, 8474 və 8479 saylı export kodları ilə 8 təchizatçıdan 77 yük idxal edib. Bu idxalın 44-ü İtaliyadan, 11-i Türkiyədən, 4-ü Almaniyadan, 2 -si Azərbaycandan, 1-i Çindən və 14-ü qeyd olunmayan ölkələrdən həyata keçirilib.

 

Cavanşir Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın nüfuzlu universitetlərinə qəbul olan azərbaycanlı təhsilini yarımçıq qoydu – Səbəb

redaktor

Bakıda mənzil qiymətləri nə qədər artıb?

admin

Zelenski türk dilində başsağlığı verdi – FOTO

admin