23 C
Bakı
24 İyun 2025 09:44
Hadisə

Bakıda itkin düşən qızlar 10 gün sonra TAPILDILAR: Taksi sürücüsünün evində GİZLƏNİBLƏRMİŞ

Bakıda itkin düşmüş kimi axtarışları aparılan şəxslər tapılıblar.

 

Bu barədə Editor.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

 

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışları aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

 

Qeyd edilib ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışlarının aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Araşdırma DİN-in nəzarətinə götürülüb.

 

Xatırladaq ki, qızlar 16 aprel, saat 20 radələrində yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

İzmirdə daha bir taksi sürücüsünə hücum olundu – VİDEO

redaktor

Plan dəyişdi: Bu icra başçıları seçkiyə qədər yola salınacaq – SİYAHI

admin

Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölənlər və yaralılar var

redaktor