16 C
Bakı
28 Sentyabr 2025 01:48
Dünya

Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pislədi

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

Tacxeber.comxəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan “Armenpress”ə bildirib.

“Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır”, – deyə o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Dənizdə GƏRGİNLİK – Hərbi təyyarələr HAVAYA QALXDI

admin

Rusiya vətəndaşlığı almış əcnəbilərin sürücülük vəsiqəsi bir il sonra etibarsız olacaq

redaktor

Jurnalistlərin suallarına cavabında Trampın maraqlı açıqlamaları.

admin