
Türkiyə Səhiyyə Nazirliyi tibbi zərurət olmadan özəl xəstəxanalarda planlı qeysəriyyə əməliyyatlarına qadağa qoyub.
Tacxeber.com xəbər verir ki, qərar Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.
Mövzu ictimaiyyətdə geniş müzakirə doğurub. Prezident Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərək, “Normal doğuşa təşviq hörmətsizlik deyil, sağlam cəmiyyət üçün mühüm addımdır,” deyib.
Qeyd edək ki, “Sağlam Türkiyə Əsri” proqramı çərçivəsində yenilənən əsasnaməyə əsasən, doğum şöbəsi yaratmaq istəyən özəl tibb mərkəzləri artıq əməliyyat otağına da sahib olmalıdır. Əks halda doğum xidmətləri göstərmələrinə icazə verilməyəcək.