Cəmiyyət

Həmin sərnişin 200 manat cərimə edildi – Video

Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib.

 

Tacxeber.com-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilib.

 

Metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə onun barəsində 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

 

Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrdakı xanım sərnişin rabitədən bir neçə dəfə istifadə edərək maşinistə suallar ünvanlayıb. O, maşinistdən rabitə düyməsindən gərəksiz yerə istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsini də soruşub.

 

Məlumat üçün bildirək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.

 

Oxşar xəbərlər

Ziya Məmmədovun qardaşına YENİ VƏZİFƏ VERİLDİ

admin

“Onlar şimalda yaşayan ərəblərdir” Aqşin Yenisey

admin

Vahid Əhmədov: Gəncləri xaricə oxumağa göndəririk, geri qayıtmırlar

redaktor