28 C
Bakı
11 Avqust 2025 19:03
İdman

“Qarabağ” – “Neftçi” oyununda azarkeş rekordu

Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.

Tacxeber.comPeşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.

Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub.

“Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.

Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.

Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Qalatasaray” – “Fənər” matçı Qarabağda keçirilsin – Akçıl

redaktor

Kamil Zeynallının bir oturuma yedikləri hər kəsi təəccübləndirdi – Video

redaktor

Mbappe Messi, Neymar və Ronaldonu geridə qoydu

redaktor