8 C
Bakı
09 Fevral 2026 13:18
Dünya

ABŞ telekanalında biabırçı səhv: Kiyev Rusiya ərazisi kimi təqdim edildi

Ukrayna paytaxtından Pasxa bayramı ilə bağlı keçirilmiş ibadəti yayımlayan ABŞ-nin “Fox News” telekanalı Kiyevi Rusiyanın tərkib hissəsi kimi göstərib.

 

Oxu.Az xəbər verir ki, telekanalın Kiyevdəki Müqəddəs Mixail Qızıl Qübbəli Məbəddən apardığı yayımın subtitrndə “Kiyev, Rusiya” yazısı gedib.

 

Tamaşaçıların sözlərinə görə, bu formada yayım təqribən yarım saat davam edib. Daha sonra səhv düzəldilib.

 

“Fox News” Moskvadakı Xilaskar Məsihin Məbədindən Moskva və bütün Rusiya Patriarxı Kirillin apardığı Pasxa ibadətini də nümayiş etdirib.

Tacxeber.com

Oxşar xəbərlər

Avtoritarizmin külündə doğan demokratiya: Nikol Paşinyan

admin

Aleksandr Maslyakov vəfat etdi

admin

ABŞ İran məsələsinə niyə ehtiyatla yanaşır? – Heydər Oğuz

admin