22.6 C
Bakı
29 İyun 2026 08:14
Dünya

Xamenei ABŞ ilə danışıqları uğurlu adlandırdı

İranın ali rəhbəri Əli Xamenei ötən həftə Omanda keçirilən Tehran-Vaşinqton danışıqlarından söz açıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

 

O bildirib ki, bu müzakirələr İran Xarici İşlər Nazirliyinin onlarla vəzifələrindən biridir.

 

Xamenei danışıqları ilkin mərhələdə uğurlu addım adlandırıb.

 

“İran danışıqlarla bağlı nə həddən artıq optimist, nə də həddən artıq bədbindir”, – deyə o bildirib.

 

Xamenei İranla bağlı məsələləri mütləq nüvə danışıqlarına bağlamamağa çağırıb və qeyd edib ki, əvvəlki qarşılıqlı fəaliyyətlər zamanı buraxılan səhvlər təkrarlanmamalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Lavrov “net” deyə-deyə “batırdı”: Rusiyanı da, özünü də – Onu kim əvəz edəcək?

admin

Yeni NATO

redaktor

Ukraynaya 400 milyonluq yeni yardım paketi

redaktor