CəmiyyətHadisə

Əvəz Zeynallı azad edilir?

Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəni həmkarım Fəxrəddin Mehdiyevlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişik.

 

Bu barədə jurnalist Əvəz Zeynallının vəkili Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər:

“Həmçinin “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”na “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də aiddir.

Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edər”.

 

Xatırladaq ki, bu günlərdə  Əvəz Zeynallıda xərçəng xəstəliyi olduğu bəlli olub.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada partlayış olub, dağıntılar altında qalanlar var

redaktor

ABŞ diplomatı Qubad İbadoğlunun vəkilləri ilə görüşdü.

admin

Komitə din xadimləri üçün dəbdəbəli ziyafət təşkil edəcək – Maraqlı məqamlar

redaktor