7 C
Bakı
28 Dekabr 2025 04:11
Cəmiyyət

Evdən qaçan qızlar niyə Gəncədə TAPILIR?

Aprelin 12-də itkin düşən Xaçmaz məktəblisi Sevinc Musayevanın Gəncədə tapılması barədə informasiya vermişdik.

Bizim.Media-nın əldə etdiyi məlumata görə 13 yaşlı Sevinc Musayeva Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən tapıldığı Gəncə şəhərindən Xaçmaza gətirilib və ötən gün ailəsinə təhvil verilib.

Xaçmaz məktəblisi olan yeniyetmə qızın məhz Gəncədə tapılması ictimaiyyət arasında sual doğuran marağa səbəb olub. Çünki aprelin 2-də  yaşadığı kənddən yoxa çıxan Tovuz məktəblisi də polis tərəfindən Gəncədə tapılmışdı.

Hər iki 13 yaşlı qızın məhz bu şəhərdə tapılmasının əlaqəsi varmı?

Bizim.Media-nın əldə etdiyi məlumata görə bu məsələ təsadüf deyil və hadisənin baş vermə səbəbi var. Amma istintaq sirri olduğu üçün təfərrüatları açıb, işə müdaxilə etmək istəmirik.

Faktla bağlı Xaçmaz polis şöbəsində araşdırma başlanılıb .

Tacxeber.com

Oxşar xəbərlər

“Onları ancaq maşınlar, villalar düşündürür” – Xalq artisti

admin

AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır?

admin

Agentlikdən xəstə heyvanlarla bağlı açıqlama

redaktor