12 C
Bakı
28 Mart 2026 19:50
Dünya

Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar paketinin daha bir il müddətinə uzadılması ilə bağlı sərəncam imzalayıb.

 

Bu barədə məlumat ABŞ-ın Federal Reyestrində yer alıb.

 

Söhbət 15 aprel 2021-ci il tarixində qüvvəyə minmiş 14024 nömrəli sərəncamdan gedir.

 

Həmin sərəncam ABŞ-ın o zamankı prezidenti Co Bayden tərəfindən imzalanmış və onun administrasiyası tərəfindən dəfələrlə genişləndirilmişdi.

 

Xatırladaq ki, bu ilin mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Moskva sözügedən sanksiyaları qeyri-qanuni hesab edir və onların ləğvini gözləyir.

Tacxeber.com

Oxşar xəbərlər

“Yelo Bank”ın əməkdaşı həbs edildi – 3,5 milyon manat mənimsəyib

redaktor

Azərbaycanın suverenliyinə təhdid və regional təhlükəsizlik mesajı

redaktor

ABŞ-da məhz ilk teledebat gələcək prezidentini kimliyini müəyyən etdi.

admin