Hadisə

Gəncə Dövlət Universitetində İNSİDENT: 37 yaşlı qadın özünə xəsarət yetirdi

Gəncədə işdən çıxarılan qadın qolunu kəsərək özünə xəsarət yetirib.

Hadisə Gəncə Dövlət Universitetinin əsas binasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

İlkin versiyaya görə GDU-nun dəftərxanasının əməkdaşı olan G.Məmmədova xəbərsiz işdən çıxarılması səbəbindən özünə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  (Bizim.Media)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Türkmənistanlaşır.

admin

Yaponiyada 300 milyon yen soyğunu – Yadigar Sadıqlı

admin

Pilot pasportunu unutduğundan uçuşda olan təyyarəni geri qaytarmalı olub.

admin