22.6 C
Bakı
29 İyun 2026 07:21
CəmiyyətHadisə

Daha bir şəxs prezidentliyə namizədliyini irəli sürdü.

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb.

 

Məlumat üçün bildirək ki, Elşad Musayev siyasi fəaliyyətinə Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) başalayıb. Elşad Musayev ötən sərin 90-cı illərində AMİP-in baş katibi olub. AMİP-dən ayrıldıqdan sonra – 2005-ci ildə Elşad Musayev BAP-ı təsis edib.

 

Onu da bildirək ki, bir neçə il əvvəl Elşad Musayevin adı qızlarının Türkiyədəki uğura ilə gündəm olub. Belə ki, partiya sədrinin Günel adlı qızı Türkiyənin Bahçeşehir Universitetini birinciliklə başa vurub və o “Altın beyin” fəxri mükafatı ilə təltif edilib. Elşad Musayevin digər qızı Xeyrənsə Musayeva isə universiteti üçüncülüklə başa vurub.

 

Qeyd edək ki, indiyədək Yeni Azərbaycan Partiyasından (YAP) Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) millət vəkili Fazil Mustafa və Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun prezidentliyə namizədlkləri irəli sürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Dostuna görə özünü öldürdüyü iddia edilən 24 yaşlı gənc müzakirələrə SƏBƏB OLDU

admin

Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi

admin

Apteklərdə spirt satışı qadağan edilib? – Həkimdən vacib AÇIQLAMA – VİDEO

redaktor