Cəmiyyət

Tanınmış qurumun “TikTok”u oğurlandı, 500 manat istəyirlər — FOTO

Dünən axşam saatlarında “Azərbaycan Uşaqları” İctimai Birliyinin rəsmi “TikTok” hesabı müəyyən şəxslər tərəfindən oğurlanıb.

Hesabın ələ keçirilməsindən bir neçə saat sonra bir naməlum şəxs tərəfindən sığınacağın qaynar xətt nömrəsinə məktub daxil olub. Məktubda “Səhifə məndədir, 500 manat göndər, sənə geri qaytarım” kimi bir təklif irəli sürülüb.

Ödənişin həyata keçirilməsi üçün kart hesabı soruşulduqda Mehmet Kaya adlı şəxsə məxsus kart hesabı təqdim edilib.

Məsələ ilə bağlı DİN araşdırmaya başlayıb. (Milli.Az)

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin