18 C
Bakı
11 Oktyabr 2026 02:23
Dünya

“Köməkçimi işdən çıxarmaq istəməzdim, ancaq xalqımı üstün tutdum” – Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian parlament məsələləri üzrə köməkçisi Şəhram Dəbirini vəzifəsindən kənarlaşdırması ilə bağlı açıqlama verib.

 

Tacxeber.com bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

 

“Mən parlament məsələləri üzrə köməkçimi işdən çıxarmaq istəməzdim, ancaq xalqı və inancımı dostluqdan üstün tutdum”, – deyə Pezeşkian qeyd edilən məsələyə toxunaraq bildirib.

 

İran prezidenti cəmiyyətin vəziyyətini və xalqın narazılığını qəbul etdiyini bildirib.

 

“Bizim bir çox problemimiz var, lakin hökumət problemi həll etməyə çalışır”, – deyə o vurğulayıb.

 

“Belə bir balanssızlıq tendensiyası şəraitində ölkəni idarə etmək mümkün deyil. Bu balanssızlıqları biz yaratmadıq, amma onların varisləriyik. Lakin insanlar haqlı olaraq bizdən bu balanssızlıqları aradan qaldırmağımızı gözləyirlər və hökumət də bu istiqamətdə işləyir. Sosial problemləri əmr və qadağalarla həll etmək mümkün deyil və xalqla mehribanlıqla, şəfqətlə danışmalıyıq. Mənim məqsədim səs toplamaq deyil və mən diqqətimi növbəti seçkilərə cəmləməmişəm. Mən buraya çıxmışam ki, ölkəmə və xalqıma xidmət edim”, – deyə Məsud Pezeşkian əlavə edib.

 

Qeyd edək ki, ölkədə iqtisadi böhranın yüksək olduğu bir vaxtda Şəhram Dəbirinin Argentinaya səfərinin sosial şəbəkələrdə tənqid edilməsindən sonra Pezeşkian onu vəzifəsindən uzaqlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor