CəmiyyətHadisə

Hərbçimiz sursat partlayışı nəticəsində həlak olub.

Azərbaycanda bir hərbçinin sursat partlayışı nəticəsində həlak olduğu bildirilir.

 

Hərbi Prokurorluqdan yerli KİV-lərdə yayılan xəbərə görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Musazadənin partlayış nəticəsində ölməsi faktı əsasında müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib.

 

Məlumata görə, fakt üzrə Füzuli hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.

Hadisənin baş vermə tarixi açıqlanmır. Rəsmi açıqlamaya, hələlik, hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qüdrətin “Quran azərbaycanca oxunsun” arzusu

redaktor

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin

Apellyasiya Məhkəməsi Rüfət Səfərovun 8 illik həbs cəzasını qüvvədə saxladı

admin