ABŞ prezidenti Donald Trampın dövlət bdcəsinə qənaət etmək və “lüzumsuz itkilərin” qarşısını almaq siyasəti xeyli sayda veteranı işsiz qoyub.
Tacxeber.comABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Trampın göstərişi ilə federal hökumətdə həyata keçirilən kütləvi ixtisarlar çoxlu sayda veteranın işdən çıxarılması ilə nəticələnib. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, bu barədə veteranlara qabaqcadan hər hansı xəbərdarlıq edilməyib. Onlar işdən çıxarıldıqları ilə bağlı rəhbəliyin qərarı ilə də kütləvi şəkildə tanış olublar.
Ölkənin dörd bir tərəfini əhatə edən ixtisar dalğası veteranların ciddi etirazına səbəb olub. Keçmiş döyşçülər hesab edir ki, hökumətin onları taleyin ümidinə buraxması anti-insani davranışdır və əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir.

