Dünya

Puqaçova bu ifalarına görə məsuliyyətə cəlb oluna bilər

Rusiyanın Xalq artisti Alla Puqaçovanın bir neçə gün öncə təqdim etdiyi yeni mahnıları, “Mama” və “Müharibənin öpüşləri” ilə bağlı araşdırma başlanacaq.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Vitali Borodin deyib.

 

Borodinin sözlərinə görə, müharibədə həlak olan əsgər və anasının dialoqunu canlandıran “Mama” kompozisiyası müharibəni gözdən salmaq baxımından şübhələr yaradır və müvafiq yoxlama tələb edir:

 

“Biz bunu (red-.“Mama” mahnısı) xüsusi əməliyyatın gözdən salınması hesab edirik. Qiymətləndirmə özəl təşkilatlarla deyil, Daxili İşlər Nazirliyi və ya Ədliyyə Nazirliyinin ekspertləri ilə aparmalıdır”.

 

O bildirib ki, əgər ekspertlər onun arqumentləri ilə razılaşarsa, Puqaçova məsuliyyətə cəlb ediləcək.

 

Qeyd edək ki, hər iki muqinin söz və musiqisi Puqaçovanın özüdür. Mahnılar aprelin 1-də “YouTube” platformasında yayımlanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan Qarabağ məsələsini rəsmən bağlayıb və Ermənistanın DNT-sini yenidən yazmağa başlayıb

redaktor

Starlinklə əlaqə kəsildikdən sonra Rusiya ordusu mövqe itirir.

admin

Tramp sürətlə varlanır: Ailə sərvəti 125 günlük prezidentliyi dövründə 2 milyard dollar artıb

redaktor