22.5 C
Bakı
29 İyun 2026 07:07
İqtisadiyyat

Dərmanları yuxarı həddən baha satan “Zeytun” aptekləri CƏZALANDIRILDI – RƏSMİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan “Zeytun Pharmaceuticals” MMC haqqında inzibati xəta protokolu tərtib edib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

 

Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb.

 

Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bitkoinin qiyməti 68 min dolları keçdi

admin

Siqaret bahalaşır – Vergi qaldırıldı

admin

“İnkişafı üçün real addımlar atmayan ölkəyə Azərbaycan deyilir…” – Natiq Cəfərli

admin