25.3 C
Bakı
13 İyun 2026 12:21
Dünya

Gələn ay miqrant uşaqları üçün qadağa qüvvəyə minir – Azərbaycanlılar nə edəcək?

Aprel ayında Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəblərə qəbuluna qoyulan qadağa qüvvəyə minəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz “Telegram” kanalında yazıb.

 

Spiker bildirib: “Onlar ümumtəhsil müəssisəsinə daxil olarkən ölkəmizin ərazisində olmalarının qanuniliyi, habelə rus dilini bilmə səviyyəsi yoxlanılacaq”.

 

Dövlət Duması rəhbərinin sözlərinə görə, bu, həm uşağın özü, həm onun sosial uyğunlaşması, həm də məktəb kurikulumunu uğurla mənimsəməsi, həm də sinif yoldaşları və müəllimləri üçün vacibdir.

 

Ötən il dekabrın sonunda Rusiya prezidenti Vladimir Putin rus dili imtahanından kəsilən miqrantların uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu imzalayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Kadırov niyə yüksək vəzifələrə qohumlarını təyin edir? – Qəribə CAVAB

redaktor

İsrail “Hizbullah”a hücuma hazırlaşır

redaktor

Öz qəbrini qazan molla rejimi

redaktor