22.6 C
Bakı
29 İyun 2026 08:20
Cəmiyyət

Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı – VİDEO

Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 5A ünvanında yaşayan sakinlər məlumat verib.

 

Onların sözlərinə görə, hadisə martın 27-də günorta saatlarında baş verib:

 

“Sürücü maşını arxaya verəndə xəndəyin kənarlarında quraşdırılan dəmir torları görmədiyi üçün aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralıya ilkin müdaxilə ediblər”.

 

Həmçinin qeyd olunub ki, xəndək təxminən iki ilə yaxındır qazılıb və bu müddət ərzində orada heç bir tikinti işləri aparılmayıb:

 

“Bu yaxınlarda ətrafda yaşayan yaşlı sakin də gecə vaxtı xəndəyə yıxılaraq qolunu qırmışdı. Ümumiyyətlə, xəndəyin ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Sadəcə, təzəlikcə xəndəyin ətrafına dəmir torlar çəkilib və qaranlıq düşəndə o da görünmür. (Report)

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın Miçiqan Universitetində dərs keçən azərbaycanlı: “Bu yerə öz gücümlə gəldim”

admin

Mənim atam ölür….

admin

Qadın pensiyaçılara MÜJDƏ – VİDEO

redaktor