24 C
Bakı
22 İyun 2025 16:33
Dünya

Yasamalda ağaclar MƏHV EDİLİB – Təbiətə 117 min manat ziyan vurulub

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

 

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya komandanlığı Kremennayadan qaçdıb – Qayday

admin

Bill Qeyts sərvətini görün hara xərcləyəcək

redaktor

Yunanıstan geri çəkildi – Türkiyə 65 miqrantı xilas etdi

redaktor