DünyaGündəmHadisə

Pilot pasportunu unutduğundan uçuşda olan təyyarəni geri qaytarmalı olub.

United Airlines aviaşirkətinin  pilotu oz pasportunu unutması səbəbindən təyyarəni geri qaytarmaq məcburiyyətində qalıb.

 

Tacxeber.com xarici KİV-ə istinadın xəbər verir ki, 22 mart tarixində United Airlines aviaşirkətinə məxsus Boeing 787 təyyarəsi, Los-Ancelesdən Şanxaya uçarkən havaya qalxdıqdan iki saat sonra ABŞ-a qayıtmalı olub.

 

Buna səbəb pilotlardan birinin pasportunu unutması olub. Qeyd edək ki, təyyarənin göyərtəsində 257 sərnişin və 13 ekipaj üzvü olub.

Təyyarə San-Fransiskoya geri dönüş etdikdən sonra həmin pilot dəyişdirildikdən sonra  təyyarə uçuşuna davam etməli olub. Nəticədə sərnişinlər Şanxaya altı saat gecikmə ilə çatıblar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vidadi İsgəndərlinin vəziyyəti olduqca ağırdır

admin

Dünya şöhrətli azərbaycanlı professor açıq-aşkar Baləliyə uduzur – Deputat

redaktor

Braziliyada şəhər meri iş yerində güllələnib

redaktor