12 C
Bakı
28 Mart 2026 04:34
DünyaSiyasət

Həbsdə olan Əkrəm İmamoğlu Ərdoğanın anasının müdafiə etdi.

Həbsdə olan Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anasının təhqir olunmasını pisləyərn messaj göndərib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə onun sosial hesabındakı paylaşımında bildirilib.

 

“Siyasi tariximizin gördüyü ən böyük ədalətsizliklərdən biri ilə qarşı-qarşıyayam. Əlbəttə, hər bir qanuni yolu istifadə edərək mübarizə aparacağıq. Lakin baş verənlərə və çörək kimi, su kimi, hava kimi müqəddəs bildiyim analarımıza təhqirlər yağdırılmasına ürəyim acıyır. Prezidentin anasına qarşı edilən təhqirləri qınayıram. Allahdan ona rəhmət diləyirəm.

 

Həbsxanada olmamızı fürsət bilib, anamla, həyat yoldaşımla və ailəmlə bağlı əxlaqsız paylaşımlar edənlərə qarşı prokurorluğu dərhal işə qarışmağa çağırıram. Biz iqtidara gələndə, siz etdiyiniz hər şeyi biz etməyəcəyik. Ədalət hər kəsin güvənc yeri olacaq, hüquq hər kəsin can və mal təhlükəsizliyini təmin edəcək, heç kəs kiminsə malına, mülkünə, şərəfinə, qüruruna, heysiyyətinə əl uzadamayacaq”, – Ə.İmamoğlu paylaşımında yazıb.

 

Xatırladaq ki, İstanbulun Saraçhane rayonunda icazəsiz aksiya zamanı bir qrup şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, anası və ailəsini təhqir edib. Bu səbəbdən polis 43 nəfəri saxlayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın paytaxtı Kiyevdə partlayış

redaktor

Rusiyanın ilk dəfə ən müasir qırıcısı vuruldu – Foto

admin

Abdullayevanın Makrona dediyi sözlər erməniləri qəzəbləndirdi

redaktor