22.8 C
Bakı
10 İyun 2026 00:30
Dünya

Abdullayevanın Makrona dediyi sözlər erməniləri qəzəbləndirdi

 

Azərbaycanın Fransadakı yeni səfiri Leyla Abdullayevanın etimadnaməsini bu ölkənin prezidenti Emmanuel Makrona təqdim etdiyi zaman yaxasına Xarıbülbül simvolu taxması və dediyi sözlər ermənilərin narazılığına səbəb olub.

Tacxeber.com xəbər verir ki, Fransanı özlərinə “bacı” hesab edən ermənilər ən çox Makrondan narazıdırlar.

Erməni jurnalist Qalust Qriqoryan hətta bunu Fransanın Ermənistana xəyanəti kimi təqdim edib.

“Azərbaycan səfiri Makrona bildirdi ki, “Fransa Azərbaycana dost ölkədir”. Bu haqda Fransada heç bir açıqlama gəlmədi, bu o deməkdir ki, Fransa da Azərbaycanı dost ölkə hesab edir. Bununla yanaşı, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin də İrəvanda olarkən bəyan etdi ki, “Qarabağın hansı statusa malik olmasına biz qərar vermirik, beynəlxalq hüquqda bura Azərbaycan ərazi olaraq tanınır”. Fransa özünü “bacı” kimi aparmır və bizə xəyanət etməyə hazırlaşır”, – erməni jurnalist yazıb.

Tacxeber.com

Oxşar xəbərlər

Kəşviyyat məlumat verir: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində ölüb.

admin

“Budapeşt Azərbaycandan böyük həcmdə qaz almağı planlaşdırır” – Macarıstan XİN başçısı

admin

Kəmaləddin Heydərov müavinini Siyəzənə göndərdi

redaktor