11 C
Bakı
30 Mart 2026 05:03
Dünya

Eritreyada saxlanılan soydaşlarımız azadlığa buraxıldılar

Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin ölkəmizdəki filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətiriliblər.

 

Tacxeber.comxəbər verir ki, bu barədə XİN məlumat yayıb.

 

Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan hökumət binasında belə mühafizəçi ilə gəzir – VİDEO

redaktor

Blinkenin Bakını hədələyən köməkçisi işdən çıxarıldı

redaktor

Qarabağ erməniləri özlərinə qarşı soyqırımı edir – Korotçenko

redaktor