DünyaGündəmSiyasət

Urmiyada baş verən etirazların Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var.

Güney Azərbaycanın müxtəlif şəhərlərində rejimin siyasətinə qarşı zaman-zaman etirazlar baş verir, insanlar küçələrə axışır, şüarlar səsləndirirlər. Zaman keçir, bu şəhərlərdə nisbi sakitlik bərqərar olur və rejimə elə gəlir ki, növbəti təhlükə də sovuşur.

 

Əslində rejim üçün təhlükə sovuşmayıb, çünki Tehran və Qum baş verənlərdən nəticə çıxarmırlar, əksinə repressiyaları gücləndirməyə çalışır, həbslərin sayını artırırlar. İranı idarə edənlər Urmiyada baş verənlərə səssizdirlər, halbuki, Güney Azərbaycanın bu şəhərində baş verənlərin Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var. Yəqin düşünürlər ki, Urmiya sakinləri bir neçə gün şüarlar səsləndirib evlərinə çəkiləcək və gündəlik sosial problemlərinin həlli ilə məşğul olacaqlar. Ancaq hesablarının yanlış çıxacağını ehtimal etmirlər.

 

İndi 1979-cu il deyil ki, İrandakı xalqları hansısa ortaq düşmənə qarşı mobilizə etmək mümkün olsun. ABŞ və İsraillə artan gərginlik İraqla 8 illik müharibədən fərqlənəcək.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Rusiya Ukraynanın dəniz dəhlizini boğmağa çalışır

redaktor

“Troya atı-2”: ABŞ İranda 1 milyard dollarlıq planı niyə həyata keçirə bilmədi?

redaktor

Zelenski Hikmət Hacıyevi mükafatlandırdı

redaktor