22 C
Bakı
18 Avqust 2026 05:03
Cəmiyyət

Təbiətlə ünsiyyət ağrıları azaldır?

Təbiətlə ünsiyyət ağrıların azalmasına səbəb olur.

 

Tacxeber.com “TRT Haber”ə istinadən xəbər verir ki, Vyana Universitetinin nevroloqları və beynəlxalq tədqiqat qrupunun rəhbərlik etdiyi yeni bir araşdırmaya görə təbiətlə qarşılıqlı əlaqə, hətta təbiət videolarına baxmaq fiziki ağrıları azalda bilir.

 

Tədqiqat çərçivəsində funksional maqnit rezonans görüntüləmədən (FMRI) istifadə edilərək iştirakçıların təbiət mənzərələrini seyr edərkən hiss etdikləri ağrıları daha az şiddətli və narahatedici kimi qiymətləndirdikləri müşahidə edilib.

 

Qeyd edək ki, tədqiqat çərçivəsində ağrıdan əziyyət çəkən iştirakçılara üç fərqli video göstərilib: təbiətə baxış, qapalı yerin görünüşü və şəhər mənzərəsi.

 

Beyin fəaliyyəti FMRI ilə ölçülən iştirakçılar təbiətin mənzərəsinə baxarkən daha az ağrı hiss etdiklərini bildiriblər.

 

Tədqiqatın aparıcı müəllifi və Vyana Universitetinin fəlsəfə doktoru Maks Stayninqer təbiətin beyinə təsiri barədə bu fikirləri deyib:

 

“Adətən, plasebo effekti ağrının emosional qavrayışını dəyişdirir. Lakin təbiət şəkilləri beynin ağrıları emal etmə tərzinə birbaşa təsir edərək, onun xam duyğu siqnallarını azaldır. Bu, iştirakçıların gözləntilərindən deyil, birbaşa ağrı siqnallarının dəyişməsi nəticəsində yaranan təsir kimi görünür”

Tacxeber.com

Oxşar xəbərlər

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor

Müasir dünyada inkişafı şərtləndirən birinci amil təhsildir

redaktor